DYP tez tez zolaq dəyişib tıxac yaradanları İFŞA ETDİ VİDEO

29.10.2025

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşməsi, hərəkət zolağının gediləcək istiqamət üzrə vaxtında və düzgün seçilməsi, yol nişanlarının tələblərinə ciddi riayət edilməsi sürücü intizamının və yollarda təhlükəsizliyin təmin olunmasının əsas şərtlərindəndir.

Avtosfer.az xəbər verir ki, bəzi hallarda sürücülər tələsik və ya məsuliyyətsiz davranışla zolaqları tez-tez dəyişir, nişanlanmanı və digər iştirakçıları nəzərə almadan hərəkət edir. Bu cür hallar nəticəsində yollarda qarışıqlıq, süni sıxlıq və qəza riski yaranır.

Hər bir sürücü öz zolağında, müəyyən olunmuş istiqamət üzrə nizamlı hərəkət etsə təbii ki, nəqliyyatın stabil axını təmin olunmaqla sıxlığın qarşısı alınar, ləngimələrin və qəzaların sayı minimuma enər.

Unutmayaq ki, yollarda hərəkət zolaqlarını dəyişmək yalnız qaydalarla müəyyən edilmiş hallarda və müvafiq dönmə siqnalı verməklə mümkündür. Hər bir sürücü yollarda intizamlı və məsuliyyətli davranarsa, yollarımız daha rahat və təhlükəsiz olar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью