Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır. Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının 1/8 finalında Polşanı məğlu
Oxu.Az "Report"a istinadən xəbər verir ki, o, açıqlamasında təşkilatçılığın yüksək səviyyədə olduğunu vurğulayıb.
"Şübhəsiz, Azərbaycan millisi dünya çempionatının favoritidir. Bu komanda çox güclüdür. Təşkilatçılıq gördüyüm ən yaxşı səviyyədədir.
Milli Gimnastika Arenası indiyə qədər oynadığım ən möhtəşəm məkandır", - deyə futbolçu bildirib.
D.Muqoşa Polşa ilə matçı da dəyərləndirib: "Oyun çox çətin idi. Bu indiyədək keçirdiyimiz ən yaxşı matç idi.
Qələbə qazandıq, çox yorğunam, çünki güclü komandaya qarşı oynadıq. Yarışda birinci olmaq üçün əlimizdən gələni edəcəyik.
Addım-addım irəliləyirik". Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.