Dzeko “1000”i geridə qoyub

21.12.2024

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Edin Dzeko karyerasında 1000-ci oyunu keçirib. Bosniya və herseqovinalı hücumçunun yubileyi “Fənərbaxça”nın heyətində gerçəkləşib.

Apasport.az xəbər verir ki, o, dünən “Eyupspor”la Super Liqa matçında (1:1) 1000-ə çatıb. 38 yaşlı veteran Bosniya və Herseqovinada ilk, dünyada 23-cü futbolçudur ki, oyun sayı dördrəqəmli ədədə qədər yüksəlib.

O, səkkiz klubda 861, millidə 139 oyuna çıxıb. Dzeko “Jelezniçar”da (2003-05) 47, “Usti nad Labem”də (2005) 3 , “Teplitse”də (2006-07) 47, “Volfsburq”da (2007-11) 142, “Mançester Siti”də (2011-16) 189, “Roma”da (2016-21) 260, “İnter”də (2021-23) 101 və “Fənərbaxça”da (2023-dən indiyədək) 72 dəfə şans qazanıb.

“Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb “Sent-Etyen”in baş məşqçisi bəlli olub Türkiyə Kubokunda püşk atıldı - "Fənərbaxça"nın adı var, amma... “Roma”nın sabiq baş məşqçisi Premyer Liqa klubunu çalışdıracaq İspaniya klubu "Yuventus"un futbolçusu ilə danışıqlar aparır
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью