Icma.az bildirir, Qol.az portalına istinadən.
Bosniya və Herseqovina millisinin hücumçusu Edin Dzeko milli komandadakı karyerasını başa vuracağını açıqlayıb.
QOL.az xəbər verir ki, 40 yaşlı futbolçu oktyabrın 2-də İsveçə qarşı keçiriləcək Millətlər Liqasının oyununda milli komanda ilə sonuncu dəfə meydana çıxacaq.
Dzeko sosial şəbəkə hesabında bu barədə yazıb:
“Oktyabrın 2-də İsveçlə matçda milli komandamızın heyətində növbəti və son oyunumu keçirəcəyəm. Karyeramda heç nə bu formanı hər dəfə geyinəndə hiss etdiyim qürurla müqayisə oluna bilməz.
Futbol meydanında ölkəmi təmsil etmək şərəfinə nail olduğum 151 matçın hər birində bununla fəxr etmişəm. Türkiyəyə qarşı oynadığım vaxtdan təxminən 20 il keçib. Çox şey dəyişib, mən də dəyişmişəm, amma bu formaya olan sevgim dəyişməz qalıb. İndi isə düşünürəm ki, kənara çəkilməyin vaxtıdır”.