Dzyuba karyerasını Qazaxıstanda davam etdirəcək AÇIQLAMA

25.02.2025

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyanın "Akron" klubunun hücumçusu Artyom Dzyuba Qazaxıstanın "Kayrat" klubuna keçməyə yaxındır. 

Fanat.Az xəbər verir ki, məlumatı "Sport-weekend" yayıb.

"Kayrat" klubunun sahibi Kayrat Boranbayev futbolçu ilə danışıqlar apardığını təsdiqləyib:

“Mən Dzyuba ilə şəxsən əlaqə saxlayıram. Bir-birimizi çoxdan tanıyırıq. Artyom Aleksandr Kerjakovun rekordunu qırmağı hədəfləyir. Danışıqlar davam edir. Onun qərarını gözləyirik”.

Dzyuba 2024-cü ilin sentyabrında "Akron"a keçib. Onun hazırki klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir. "Kayrat"a keçid baş tutsa, hücumçunun UEFA Çempionlar Liqasında oynamaq şansı qazanacaq.

Mirağa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью