“e bildiriş”in tərtibi, tətbiqi və uçotu Qaydaları” təsdiq edildi FOTO

01.04.2025

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

"e-bildiriş"in tərtibi, tətbiqi və uçotu Qaydaları" təsdiq edilib.

Milli.Az xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, "e-bildiriş"in tətbiqi ilə bağlı dövlət rüsumu üzrə mədaxil qəbzi"nin forması təsdiq edilib.

Bu Qaydalar "Dövlət rüsumu haqqında" Qanuna uyğun olaraq hazırlanıb və dövlət büdcəsinə dövlət rüsumunun hesablanması və ödənilməsi üçün "e-bildiriş"in tərtibi, tətbiqi və uçotu qaydalarını müəyyən edir.

"e-bildiriş" Azərbaycan Respublikası Maliyyə Nazirliyinin "Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)" informasiya sistemi" vasitəsilə "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tərtib edilərək rəsmiləşdirilir.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью