“E manat”la bağlı QƏRAR VERİLDİ KONKRET

18.07.2025

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Modenis” MMC-yə (Təşkilat) “ödəniş əməliyyatının ekvarinqi” və “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” fəaliyyəti göstərilməsi üçün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 05 iyun 2024-cü il tarixində ÖT-003 nömrəli lisenziya verilib.

KONKRET.az xəbər verir ki, təşkilatın müraciətinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 17 iyul 2025-ci il tarixli Qərarı ilə onun lisenziyasında “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” üzrə ödəniş xidməti ləğv edilib.

Təşkilat fəaliyyətini ödəniş təşkilatı olaraq davam etdirəcəkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью