“E rüsum”la 233 milyondan çox hüquqi hərəkət rəqəmsal yolla həyata keçirilib

08.07.2025

Icma.az bildirir, Sia Az portalına istinadən.

Bu günə qədər Maliyyə Nazirliyinin “e-rüsum” informasiya sistemi vasitəsilə 233 milyondan artıq hüquqi hərəkət rəqəmsal əsasda həyata keçirilib. SİA bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, sistemi vasitəsilə dövlət rüsumu üzrə “e-bildiriş” təqdim edilir, eləcə də hesablanmış rüsumlar barədə məlumatlar real vaxt rejimində əldə olunur və dövlət büdcəsinə köçürmələrə elektron nəzarət və uçot aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью