E Taksi sistemi gücləndirildi | Icma.az
Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Son iki ildə AYNA informasiya sistemi çərçivəsində yaradılan “E-taksi”, “E-qaimə” və "E-bilet" sistemi kimi rəqəmsal xidmətlər istifadəyə verilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyyətinin sədri Anar Rzayev bildirib.
"Dövlət Proqramının tələblərinə uyğun olaraq, bu sistemlər vətəndaşlara səfərlərini planlaşdırmaq, ödənişləri rəqəmsal şəkildə həyata keçirmək və səfər vaxtlarını hesablamaq imkanı yaradır.
Elektron taksi sistemi vasitəsilə sürücülərə daha çox sifariş almaq imkanı verilərək, müasir standartlara uyğun avtomobillərin istifadəsi təşviq edilir." O bildirib ki, elektron sistemlər sayəsində, taksi xidmətlərində nəzarət daha effektiv şəkildə həyata keçirilir.
Bu sistemlər, qanunsuz fəaliyyət göstərən taksilərə qarşı mübarizəni gücləndirmək üçün mühüm bir alətdir.
Belə ki, hər hansı bir qanunsuz fəaliyyət müşahidə edildikdə, müvafiq tədbirlər görülə və taksi xidməti dayandırıla bilir.
Elektron taksi sistemində sürücülər üçün müasir standartlara uyğun avtomobillərin istifadəsi stimullaşdırılır.
Tam oxu
Xəbəri oxu