Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Aparıcı Avropa gücləri Berlində Ukraynaya gələcək dəstəyi və NATO-nun Avropa komponentinin gücləndirilməsini müzakirə ediblər. Görüş alyansın Ankarada keçiriləcək sammitindən iki həftə əvvəl və Vaşinqtonun Avropadakı ABŞ hərbi mövcudluğunun mümkün azaldılması ilə bağlı siqnalları fonunda baş tutub.
Məlumatı “Euronews” verib.
Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, İtaliyanın Baş naziri Corcio Meloni və Polşanın Baş naziri Donald Tusk çərşənbə günü Berlində Almaniya kansleri Fridrix Merzin ev sahibliyi etdiyi E5 sammiti üçün bir araya gəliblər.
E5 formatı 2024-cü ildə Avropanın ən böyük hərbi güclərinin və ən yüksək müdafiə xərclərinə malik ölkələrin müdafiə nazirləri ilə məsləhətləşmələr aparmaq üçün yaradılıb. Bu formatın məqsədi Ukraynaya dəstəyi əlaqələndirmək, ABŞ-ın Avropadan tədricən çıxmasına cavab vermək və birgə müdafiə layihələrinə başlamaqdır.
NATO-nun ən nüfuzlu Avropa üzvlərinin görüşü, alyansın 7-8 iyul tarixlərində Ankarada keçiriləcək əsas zirvə görüşü ərəfəsində baş tutdu.
P.ƏMİRCANOV
XQ