Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
Böyük Britaniyanın aşağıbüdcəli hava yolu şirkəti “easyJet” 5,7 milyard funt sterlinlik satınalma təklifini qəbul edib.
“Bakupost” xəbər verir ki, ABŞ-nin özəl investisiya şirkəti “Apollo” tərəfindən irəli sürülən təklif “easyJet”in direktorlar şurası tərəfindən təsdiqlənib. Bununla da şirkətin satışı üzrə yekun mərhələ başlayıb.
Məlumata görə, “Apollo”nun təklifi əvvəlki 5,5 milyard funt sterlinlik təklifi üstələdiyindən, digər investorla aparılan danışıqlar dayandırılıb.
Razılaşmaya əsasən, səhmdarlar sahib olduqları hər səhmə görə 7,15 funt sterlin alacaqlar.
Qeyd edək ki, qərargahı Londonun Luton hava limanında yerləşən “easyJet”hazırda 38 ölkədə, 164 hava limanında fəaliyyət göstərir.
Şirkətin satışı müvafiq tənzimləyici qurumların təsdiqindən sonra rəsmiləşəcək.
Vüsalə Hüseynova,
BakuPost