Əbdül Xalid: Geyiminə görə toydan qovulan qadın müğənnilər görmüşəm

20.10.2026

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

"Geyiminə görə toydan qovulan qadın müğənnilər görmüşəm. Geyiminə görə qolundan tutaraq səhnədən aşağı salıblar".

BAKU.WS xəbər verir ki, bu sözləri "Sevilən şəhər" verilişinə qonaq olan ifaçı Əbdül Xalid deyib.

Sənətçi onu da əlavə edib ki, qadın müğənnilər geyim seçərkən bəzən toyla klubu səhv salırlar:

"Qadın ifaçıların bəzilərinin geyimləri o qədər bərbad olur ki, onlar bəzən toyla kulubu səhv salırlar. Toydan çıxıb harasa gedəcəklər deyə ikisinə də eyni geyim geyinirlər. Amma elə deyil. Toyun səhnəsinin geyimi tam başqadır. Ona görə də o geyim məsələsi bəzən insanlarda qıcıq yaradır ki, bu geyimlə müğənni mən ailəmin içərisində necə ifa eləyə bilər?".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью