Icma.az bildirir, Adelet.az portalına istinadən.
Müğənni Əbdül Xalid yeni sənətə gələn bəzi ifaçıların repertuarından danışıb.
Adalet.az xəbər verir ki, onların proqramla səslərini idarə etməsini normal qarşılamayıb:
“İndi səsyazma studiyaları çoxdur. Bir çoxu da münasib qiymətə işləyirlər. Kim istəyirsə, onu müğənni edirlər. Təxminən 30-40 manata mahnı yazırlar.
Müasir dövrdə, dünyanın inkişaf etdiyi bir vaxtda biz səhnədə çox çətinliklə peşəkar ifaçı tapırıq. Səbəb isə ucuz səsyazma studiyalarına üz tutanlardır.
Tamaşaçı da bəzən ona maddi cəhətdən uyğun olan ifaçını efirə çağırır. Əlbəttə, zövqü olan adamlar peşəkarlara qiymət verir.
İndi proqramlarla səslərini idarə edirlər. Sonra da deyirlər, müğənniyik. Müğənni ifa etməlidir. Hər oxuyana müğənni deyib sənəti ucuzlaşdırmayın”!
Əntiqə