Icma.az bildirir, Axsham.az portalına istinadən.
Müğənni Əbdül Xalid qızının doğum günü münasibətilə paylaşım edib.
Axşam.az xəbər verir ki, sənətçi övladının fotosunu yayımlayaraq onu təbrik edib.
İfaçı paylaşımında “Ən gözəl nəğmələrin belə ifadə edə bilməyəcəyi qədər böyük bir sevgidir övlad… Sənə sağlam, xoşbəxt, sevgi dolu bir ömür arzulayıram. Hər yeni yaşın sənə gözəl xatirələr, sevinc və bol-bol gülüş gətirsin. Atanın qüruru, ailənin sevinci olaraq həmişə üzün gülsün. Ad günün mübarək, gözəl qızım” deyə, yazıb.
Qeyd edək ki, Əbdül Xalid iki dəfə ailə həyatı qurub. Onun hər nikahından bir qız övladı var.