Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Millimizin voleybolçusu Ayşən Əbdüləzimovanın çıxış etdiyi "Vaşaş" klubu 2024-cü ili Macarıstan çempionatının lideri kimi başa vurur.
İdman.biz xəbər verir ki, Ayşənin komandası ölkə çempionatının bütün matçlarında qalib gələrək mövsümü inamla keçirir.
"Vaşaş" 10 turdan sonra 29 xal toplayıb və ən yaxın izləyicisi “Bekeşçaba”nı 5 xal qabaqlayır.
Macarıstan çempionu ilin sonuna kimi ölkə kuboku uğrunda matçda “Uypeşt”lə qarşılaşacaq.
Komanda turnirin növbəti oyununu yanvarın 4-də "MAV Elore" ilə keçirəcək. Qeyd edək ki, Əbdüləzimova "Vaşaş"ın kapitanıdır.
İdman.biz Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.