Icma.az bildirir, Qafqazinfo portalına istinadən. Beynəlxalq Muğam Mərkəzində görkəmli ziyalı, Azərbaycanın ilk hərbi həkimi, "Difai" təşkil
“Qafqazinfo” xəbər verir ki, əvvəlcə tədbirin qonaqları Muğam Mərkəzinin foyesində “Bayatı-Şiraz” muğamı sədaları altında Şuşa Məhəllələrini
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlanıb, iştirakçılar torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhid olanların əziz xatir
“Millət naminə - Əbdülkərim bəy Mehmandarov” sənədli filmindən fraqmentlər nümayiş etdirilib.
Tədbirdə giriş sözü ilə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov görkəmli ziyalı, Azərbaycanın ilk hərbi həkimi, Əbdülkərim bəy Mehmandarovun Qarabağdakı ictimai-siyasi fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.
Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Milli Məclisin deputatı Polad Bülbüloğlu, Şuşalı ziyalı, professor Elçin Əhmədov, Şuşa Mərkəzi Rayon Xəstəxanasının icraçı direktoru Kəmalə Səfərova Mehmandarovun həyatı və həkimlik fəaliyyəti barədə, Mehmandarovlar nəslinin nümayəndəsi Məhbubə Əzizova onun vətənə, xalqa sevgisi, yaşadığı illərdə gördüyü xeyirxaq işlər barədə danışıblar.
Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru, əməkdar artist Nazir Rüstəmovun ifasında Mehmandarov obrazı canlandırılıb.
Vurğulanıb ki, Şuşa şəhəri işğaldan azad edildikdən sonra Mehmandarovların malikanə kompleksində Heydər Əliyev Fondu tərəfindən bərpa işləri aparılıb və keçən il Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin açılışında iştirak ediblər.