Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təsis etdiyi "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" seriyasının IX cildi – Əbdülvahab Yurdsevərin "Seçilmiş əsərləri" (I cild) "Max Ofset" nəşriyyatında çapdan çıxmışdır.
XQ xəbər verir ki, kitab XX əsr Azərbaycan siyasi mühacirətinin ünlü simalarından olan Əbdülvahab Yurdsevərin yazılı irsindən seçmələrin toplu halında ilk elmi nəşridir.
İlk mənbələr əsasında tərtib edilmiş cilddə Ə.Yurdsevərin mühacirət dövrü çoxşaxəli ədəbi-elmi və publisistik fəaliyyətinin məhsulu olan məqalələr, xatirələr yer almışdır. Bu əsərlər Azərbaycan ədəbiyyatşünaslığının çeşidli problemlərinə, milli istiqlal mücadiləsinin tarixinə, Türk dünyasının görkəmli şəxsiyyətlərinin həyatına müəllifin orijinal baxışını əks etdirir.
Cildin tərtibçisi, ön söz və qeydlərin müəllifi filologiya elmləri doktoru Nikpur Cabbarlı, məsul redaktorları Aysel Əfəndiyeva və Hülya Cəbiyevadır.