Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı Dövlət Universiteti (BDU) və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə 8 noyabr – Zəfər Gününə həsr olunmuş “Əbədi qəhrəmanlar” adlı tədbir keçirilib.
Gununsesi.info xəbər verir ki, tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, tariximizin ən qüdrətli səhifələrindən olan Zəfər Günü gələcək nəsillərə vətənpərvərlik və azadlıq uğrunda əbədi mübarizə ruhunu ötürür.
Azərbaycan xalqı bu şanlı qələbəni Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun misilsiz qəhrəmanlığı, əsgər və zabitlərimizin canı-qanı hesabına əldə edib: “Azərbaycanın bugünkü nailiyyətlərinin, şanlı qələbəmizin təməlində əsası 1993-cü ildə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş sarsılmaz xalq-iqtidar birliyi dayanır.
Prezident İlham Əliyev müqəddəs ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqımızın ən böyük taleyüklü məsələsi birdəfəlik həllini tapdı.
Ölkə başçısı tərəfindən 21 il öncə müəyyən olunmuş bütün vəzifələr uğurla icra edildi”.
Türkiyənin Üsküdar Universitetinin rektoru Nazife Güngör Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Bildirib ki, Türkiyə və Azərbaycan ərazi bütövlüyü uğrunda oxşar mücadilə aparıb, şəhidlər verib.