Əbədi və barışmaz rəqibinə çatıb 55 çempionluq

27.04.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Avropada payız-yaz sistemi üzrə keçirilən milli çempionatlardan daha üçündə çempionlar müəyyənləşib.

İdman.biz xəbər verir ki, Praqa "Slaviya"sı dörd illik fasilədən sonra 8-ci dəfə Çexiyada zirvəni fəth edib.

Ardıcıl dördüncü mövsümdə Şotlandiyanın ən güclüsü olan "Seltik" ölkəsində çempion titullarının sayına görə əbədi və barışmaz rəqibi "Reyncers"ə çatıb - 55.

Nəhayət, "Buduçnost" iki illik fasilədən sonra tarixində 7-ci dəfə Monteneqro çempionluğunu bayram edib.

Qeyd edək ki, daha əvvəl Fransa (PSJ), Yunanıstan ("Olimpiakos"), Serbiya ("Srvena Zvezda"), Şimali İrlandiya ("Linfild"), Uels (TNS), Lüksemburq ("Differdanj") və San Marinoda ("Virtus") da 2024/25-ci illər mövsümünün çempionları bəlli olub.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью