Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Konqo Demokratik Respublikasının şərqində Ebola ilə bağlı çağırışa cavab verən tibb işçilərinə hücum edilib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hücum zamanı bir tibb bacısı öldürülüb, digər səhiyyə əməkdaşı isə ağır yaralanıb.
Hadisə oktyabrın 24-də Tshopo əyalətinin Bafwasende şəhərində baş verib. Hücumların və yanlış məlumatların epidemiyanın qarşısının alınması səylərini çətinləşdirdiyi bildirilir.Konqoda may ayından bəri 9 800-dən çox Ebola yoluxması və 4 700-dən artıq ölüm qeydə alınıb. Bu, ölkənin tarixində ən ölümcül Ebola epidemiyası hesab olunur.
Uqanda qonşu Konqodan qayıdan vətəndaşları 21 günlük karantinə yerləşdirməyi qərara alıb. Karantin xərcləri şəxslərin özləri tərəfindən qarşılanacaq. Oktyabrın 25-də elan edilən tədbirlər Ebola virusunun ölkəyə yayılmasının qarşısını almağa yönəlib. Uqanda hava limanlarında və quru sərhədlərində yoxlamaları gücləndirib. Sərhəddən keçən şəxslər sağlamlıq müayinəsindən keçirilməli və sərnişin məlumatlarını əks etdirən formaları doldurmalıdırlar.