Ebola pik həddi keçib

04.10.2026

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasının yayılmasının pik həddi keçib.

Modern.az xəbər verir ki, bunu KDR-nin səhiyyə naziri Samuel Roje Kamba ölkənin paytaxtı Kinşasada keçirilən mətbuat konfransında bildirib.

“Epidemiyanın pik həddi artıq geridə qalıb. Epidemiya artıq nəzarətimizdən çıxmır. Əvvəllər biz yalnız onun gedişatını izləyirdiksə, indi qabaqlayıcı tədbirlər görürük”, – deyə o bildirib.

Səhiyyə nazirinin sözlərinə görə, Ebola xəstələrinin aşkarlandığı 63 tibbi zonadan 19-da ən azı üç həftədir ki, yeni yoluxma halları qeydə alınmır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью