Ebola qızdırması ABŞ yə də çatıb? Sakinlər təlaşda

18.02.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

ABŞ-li həkimlər təlaşa düşüblər. Belə ki, ölümcül ebola virusunun artıq ölkəyə çatdığı ehtimalı var.

Oxu.Az bu barədə "New York Post" qəzetinə istinadla xəbər verib.

Bildirilir ki, iki nyu-yorklu təhlükəli xəstəlik şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Onlar son zamanlarda bu xəstəliyin tüğyan etdiyi Uqandaya səyahətdən qayıdıblar.

Həkimlər nyu-yorkluların simptomlarının ebolanın xarakterik əlamətləri ilə tam üst-üstə düşdüyünü vurğulayıblar.

Hazırda pasiyentlər təcili yardım şöbəsindən ixtisaslaşmış xəstəxanaya köçürülüblər və həkimlərin 24 saatlıq nəzarəti altındadırlar. Həkimlər diaqnozu təsdiq və ya təkzib edəcək analizlərin nəticələrini gözləyirlər.

Fevralın 3-də Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib ki, Uqandada aşkar edilmiş Ebola virusunun yeni ştammı ictimai səhiyyə üçün ciddi risk təşkil edir. Təşkilat həmçinin onun qonşu dövlətlərə potensial ötürülməsini də istisna etməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью