Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ölkə.az xəbər verir ki, ölkənin İctimai Səhiyyə İnstitutunun son məlumatlarına görə, virus səbəbindən həyatını itirənlərin sayı 2 min 11 nəfərə çatıb.
Məlumata əsasən, ölkənin beş müxtəlif bölgəsində ümumilikdə 4 min 381 təsdiqlənmiş Ebola yoluxması qeydə alınıb.
Mütəxəssislər bildirirlər ki, epidemiyanın gec aşkar edilməsi, münaqişələrin davam etdiyi ərazilərdə təhlükəsizlik problemləri və səhiyyə xidmətlərinin çatışmazlığı virusun əvvəlki Ebola epidemiyaları ilə müqayisədə daha sürətlə yayılmasına səbəb olub.
Konqonun indiyədək üzləşdiyi 17-ci Ebola epidemiyasına virusun Bundibuqyo növü səbəb olur. Bu Ebola növünə qarşı hələlik təsdiqlənmiş peyvənd və ya müalicə üsulu mövcud deyil.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qonşu Uqandada da yoluxma hallarının qeydə alınmasından sonra epidemiyanı "beynəlxalq əhəmiyyətli ictimai səhiyyə fövqəladə vəziyyəti" elan edib.
Həmidə İbrahimova