Ebola virisuna görə DÇ 2026 iştirakçısının oyunu ləğv edildi

03.06.2026

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ebola virisuna görə DÇ-2026 iştirakçısının oyunu ləğv edildi

Konqo Demokratik Respublikası millisinin Çili yığması ilə keçirməyi planlaşdırdığı yoldaşlıq oyunu ləğv olunub.

QOL.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

İyunun 9-da İspaniyanın La-Linea-de-la-Konsepsyon şəhərində keçirilməsi nəzərdə tutulan görüş şəhər meri Xuan Frankonun qərarı ilə baş tutmayacaq. Buna səbəb Konqo Demokratik Respublikasında yayılan Ebola virusu ilə bağlı ciddi narahatlıqlar olub.

Məlumata görə, komandalar mundialın startına az müddət qalmış oyunun keçirilməsi üçün yeni məkan axtarırlar.

Xatırladaq ki, Konqo Demokratik Respublikası millisi ölkədə Ebola virusunun yayılması səbəbindən bir müddət DÇ-2026 hazırlıqlarını dayandırmışdı. Ümumdünya Səhiyyə Təşkilatı vəziyyəti fövqəladə hal kimi qiymətləndirsə də, pandemiya elan etməyib.

Qeyd edək ki, DÇ-2026-da Konqo Demokratik Respublikası millisi Portuqaliya, Kolumbiya və Özbəkistanla birlikdə K qrupunda mübarizə aparacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью