Ebola virusu yenidən can alır Ölənlərin sayı sürətlə artır

17.07.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Afrikada ebola virusu ilə bağlı narahatlıq davam edir. Konqo Demokratik Respublikasında yoluxanların sayı 2 mini keçib, ölənlərin sayı isə 800-ə yaxınlaşıb.

"Yeni Sabah" xəbər verir ki, Konqoda virusunun yayılması ilə bağlı vəziyyət ağır olaraq qalır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusun ölkədə gözləniləndən daha sürətlə yayıldığını açıqlayıb.

ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, hazırda dünya tarixində üçüncü ən böyük ebola epidemiyası yaşanır. Onun sözlərinə görə, virus son aylarda əvvəlki epidemiyalarla müqayisədə daha sürətlə yayılıb və mövcud tədbirlər belə bu sürətin qarşısını almaqda çətinlik çəkir. Dördpendirli pizza

Bu arada, epidemiyanın təsir etdiyi digər ölkə olan Uqandadan isə müsbət xəbər gəlib. Ebola müalicəsi alan son xəstə xəstəxanadan evə buraxılıb. Hazırda ölkədə 42 günlük müşahidə dövrü başlayıb. Bu müddətdə yeni yoluxma halı qeydə alınmasa, ÜST Uqandanı eboladan azad ölkə elan edəcək.

Əsmətxanım Rzazadə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью