Ebola virusuna qarşı peyvənd artıq hazırlanıb

04.06.2026

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Rusiyada yeni Ebola ştammına qarşı peyvənd artıq hazırlanıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiyanın səhiyyə naziri Mixail Muraşko deyib. O bildirib ki, ancaq vaksin ilk növbədə sınaqdan keçirilməlidir.
"Qamaleya İnstitutu əvvəllər də Ebola qızdırmasının qarşısının alınması üçün peyvənd hazırlayıblar. Yeni ştammın ortaya çıxması ilə həmkarlarımız peyvəndi uyğunlaşdırıblar və indi məhsul kimi mövcuddur", - deyə Muraşko bildirib.
Qeyd edək ki, Ebola virusu daha çox Afrika ölkələrində yayılır.
Şeyda
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью