Ebola xəstəxanasına hücum Meyitlər niyə verilmir?

25.05.2026

Icma.az xəbər verir, Medicina saytına əsaslanaraq.



Konqoda Ebola virusuna yoluxmuş şəxslərin müalicə aldığı tibb müəssisəsinə basqın edilib. Hücum edənlər vəfat etmiş qohumlarının cəsədlərinin onlara təhvil verilməsini tələb ediblər.

Medicina.az xəbər verir ki, hücum mayın 24-ü axşam saatlarında Monqbvalu şəhərində qeydə alınıb. Məlumata görə, tibb işçiləri xəstələri təcili olaraq təxliyə etmək məcburiyyətində qalıblar. Baş həkim Riçard Lokudunun sözlərinə görə, silahlı basqınçılar qohumları olan iki nəfərin nəşinin geri verilməsini istəyiblər. İnsident zamanı xəsarət alanlar barədə məlumat verilmir.


Aygün M


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью