Eboladan ölənlərin sayı 4 757 nəfərə yüksəlib

24.10.2026

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Konqoda Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 9 816-ya yüksəlib.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu barədə ölkənin Kommunikasiyalar və KİV Nazirliyinin məlumatında deyilir.

"Cavab tədbirləri ölkənin 8 əyalətində və 66 tibbi rayonunda davam etdirilir. Artıq 9 816 təsdiqlənmiş hal var, onlardan 2 635 nəfər sağalıb və 4 757 nəfər ölüb. Kontaktların izlənilməsi göstəricisi 89,1%-ə yüksəlib", - məlumatda qeyd olunub.

Bu arada, dünən Keniyanın Səhiyyə Nazirliyi Eboladan ikinci ölüm halı barədə məlumat verib: 65 yaşlı qadın virusdan vəfat edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью