Ebolaya yoluxanların sayı 1200 ü keçib

27.06.2026

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna yoluxanların sayı son 24 saatda 48 nəfər artaraq 1203-ə çatıb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin Rabitə və İnformasiya Nazirliyi məlumat yayıb.

Eboladan ölənlərin sayı isə son gündə 17 nəfər artaraq 321 nəfərə çatıb. Ölüm nisbəti isə 26,6%-dir.

Hazırkı Ebola epidemiyası mayın 15-də Konqo Demokratik Respublikasının şərqində başlayıb. Onun episentri İturi əyalətindədir. Qonşu Uqandada da Eboladan yoluxma və ölüm halları var.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью