Ebolaya yoluxanların yarısı ölüb ÜST dən həyəcan təbili

30.10.2026

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Konqo Demokratik Respublikasında (KDR) may ayından bəri tüğyan edən Ebola epidemiyası ağır fəsadlara yol açmaqda davam edir.

“Qafqazinfo” xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ölkədə virusa yoluxan 10 mindən çox insanın təxminən yarısı həyatını itirib.

KDR Səhiyyə Nazirliyinin son rəsmi göstəricilərinə əsasən, təsdiqlənmiş yoluxma halları 10060-a, ölüm sayı isə 4887-yə çatıb. Epidemiyaya xəstəliyin “Bundibuqyo” variantının səbəb olduğu bildirilir. Səhiyyə mütəxəssisləri bu ştamma qarşı təsdiqlənmiş heç bir peyvənd və ya xüsusi müalicə üsulunun olmadığını vurğulayırlar.

ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, hazırda 1000-dən çox xəstə klinik yardım alır, 2700 nəfər isə müalicə olunaraq sağalıb. Təşkilat rəhbəri mütəxəssislərin yeni peyvənd və müalicə vasitələri üzərində işlədiyini, epidemiyanın qarşısını almaq üçün qlobal həmrəylik və dəstəyin vacib olduğunu qeyd edib.

Xatırladaq ki, mayın 15-də KDR-in şərqindəki İturi əyalətində ilk yoluxma və ölüm hallarının qeydə alınmasından sonra ölkədə rəsmi olaraq epidemiya elan edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью