EBRD 2022 ci ilin fevralından bəri Ukraynaya 7 milyard avro ayırıb

01.05.2025

Icma.az bildirir, 525.az portalına istinadən.

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 2022-ci ilin fevralından bəri Ukraynaya 7 milyard avro məbləğində maliyyə yardımı göstərib.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə EBRD-nin sosial şəbəkələrdəki bəyanatında bildirilib.

"Biz münaqişənin yaratdığı çağırışların öhdəsindən gəlməkdə Ukraynanın əsas tərəfdaşı olaraq qalırıq", - bəyanatda qeyd olunub.

Bildirilib ki, Ukraynanın cari maliyyələşdirilməsi kritik infrastrukturun bərpasına, biznesin dəstəklənməsinə və enerji təhlükəsizliyinin təmin edilməsinə yönəlib.

Daha əvvəl EBRD-nin 2025-ci ildə Ukrayna iqtisadiyyatına 1,5 milyard avro investisiya yatırmaq niyyətində olduğu bildirilmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью