Ebru Gündeş üzgərmə əməliyyatı etdirdi

20.04.2026

Olay.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin güclü səslərindən olan Ebru Gündeş konsertdə etdiyi estetik etirafla gündəmə gəlib.

Məşhur müğənni tamaşaçılara üz tutaraq: “Bu gün məni bəyəndiniz? Çox gözələm? Üzümdə bir fərqlilik hiss etdiniz? Sizin üçün yarım üzgərmə etdirdim. Özüm üçün yox. 10 yaş cavanlaşdım”- deyib.

İzləyicilər arasında olan rejissor Yılmaz Erdoğan isə “20 yaş cavanlaşdın” deyə səslənib. Bunun üzərinə Gündeş, Erdoğana zarafatla deyib: “O zaman “Organize İşler”də Kıvanç Tatlıtuğ ilə mənə bir rol yaz. Qarşılıqlı səhnəmiz olsun. Yazacaqsan, elə deyilmi?”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью