Əbu Dabi danışıqlarında Rusiya nümayəndə heyətinə yenə QRU rəisi rəhbərlik edəcək

03.02.2026

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə bağlı Əbu-Dabidə danışıqlarının ikinci mərhələsinin 4-5 fevral tarixlərində baş tutacağını təsdiqləyib.

APA-nın Moskva bürosu xəbər verir ki, Kremlin sözçüsü Əbu-Dabi danışıqlarında Rusiya nümayəndə heyətinin tərkibinin dəyişməz qaldığını, nümayəndə heyətinə Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QRU) rəhbəri İqor Kostyukovun rəhbərlik edəcəyini vurğulayıb.

Qeyd edək ki, Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarının ikinci raundu fevralın 1-də keçirilməli idi. Lakin görüşün vaxtı sonradan fevralın 4-5-nə keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью