Əbu Dabidə planlaşdırılmamış danışıqlara başladılar

25.11.2025

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Rusiya və Ukrayna nümayəndə heyətləri Əbu-Dabidə birbaşa, planlaşdırılmamış danışıqlar aparır.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Axios” məlumat yayıb.

Nəşrin məlumatına görə, bu görüşdə Ukrayna tərəfinə ölkənin Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov rəhbərlik edir.

Bildirilir ki, Rusiya və Ukrayna hərbi kəşfiyyat rəsmiləri arasında görüş əvvəlcə fərqli mövzuda planlaşdırılıb. Dəqiq mövzu göstərilməyib. Lakin tərəflərin planları ABŞ ordusunun katibi Den Driskollun Əbu-Dabiyə gəlişi ilə dəyişib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью