Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
ABŞ 10-11 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Ukrayna və Rusiya arasında işçi səviyyəli danışıqlarda vasitəçilik edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff “X” hesabında paylaşım edib.
Uitkoff bildirib ki, Rusiya və Ukrayna arasında işçi səviyyəli danışıqlar 10-11 noyabr tarixlərində BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçiriləcək. Danışıqlar müharibədən sonrakı təhlükəsizlik tənzimləmələri, deeskalasiya, humanitar yardım səyləri və sülhə doğru növbəti addımlara yönələcək.
O qeyd edib ki, ABŞ nümayəndələri bu həftə Belçikanın Brüssel şəhərində Fransa, Almaniya, Böyük Britaniya, Avropa Birliyi (AB) və NATO rəsmiləri ilə görüşəcəklər. Görüşdə Ukrayna üçün təhlükəsizlik zəmanətləri, Avropanın müharibədən sonrakı təhlükəsizlik arxitekturası və Ukraynanın yenidən qurulmasını dəstəkləmək üçün iqtisadi imkanlar müzakirə olunacaq.
Uitkoff əlavə edib ki, onlar gələcək nəsillər üçün davamlı təhlükəsizlik təmin edəcək hərtərəfli sülh sazişi istiqamətində Kiyev, Oslo və Sankt-Peterburqda əldə edilən irəliləyişi davam etdirməyi gözləyirlər.