Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Əbu-Dabidə Ukraynada müharibənin nizamlanması ilə bağlı danışıqların ikinci günü start götürüb.
Axar.az xəbər verir ki, bu barədə TASS öz mənbəyinə istinadən məlumat yayıb.
Bildirilib ki, görüşlər müxtəlif formatlarda keçirilir.
"Assoşeyted Press" agentliyinə danışan mənbənin sözlərinə görə, danışıqlar prosesində format tez-tez dəyişir.
“Bəzən iştirakçılar hansısa məsələləri ayrıca müzakirə etmək üçün kənara çəkilirlər, bəzən hamı bir araya gəlir, bəzən isə bir neçə qrup mövzular üzrə bölünür”, - mənbə bildirib.
Bildirilir ki, qapalı keçirilən danışıqların birinci günündə əsas müzakirə mövzuları arasında bufer zonaların yaradılması və müxtəlif nəzarət mexanizmləri yer alıb.