Əbu Dabidəki danışıqlar Rusiya və Ukraynanı sülhə yaxınlaşdırmayıb Təfərrüat

18.11.2026

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 10-11-də Əbu-Dabidə keçirilən Rusiya-Ukrayna danışıqları tərəfləri münaqişənin həllinə yaxınlaşdırmayıb və onların mövqeləri dəyişməz qalıb.
Bizim.Media xəbər verir ki, bunu serbiyalı jurnalist Nikola Mikoviç “AnewZ” nəşrindəki məqaləsində bildirib.
 

Müəllifin fikrincə, görüşün yeganə nəticəsi genişmiqyaslı hərbi əsir mübadiləsi olub. Danışıqlarda ABŞ nümayəndələri, o cümlədən Donald Trampın müttəfiqləri Stiv Uitkoff və Cared Kuşner də iştirak etsələr də, kompromis əldə etmək mümkün olmayıb.


Mikoviç qeyd edir ki, tərəflər arasında əsas fikir ayrılıqlarından biri Donbas məsələsidir. Kiyev nəzarətindəki ərazilərdən qoşunlarını çıxarmağa hazır deyil, Moskva isə atəşkəs təklifini qəbul etmək niyyətində olmadığını bildirib.
Jurnalistin qənaətinə görə, yaxın aylarda lokal və ya qısamüddətli atəşkəs razılaşmaları əldə oluna bilər, lakin uzunmüddətli atəşkəs ehtimalı aşağıdır. Münaqişənin həlli, həmçinin Avropanın gələcək təhlükəsizlik sisteminin necə qurulacağından asılıdır.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью