Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Ukrayna, ABŞ və Rusiya arasında danışıqlar sabah başlayacaq və görüşlərdə əsas diqqət Kiyev üçün təhlükəsizlik zəmanətlərinə və Avropanın gələcək təhlükəsizlik sisteminə yönəldiləcək.
Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times” nəşri yazıb.
Məlumata görə, Vaşinqton atəşkəs əldə olunacağı təqdirdə Ukraynaya qarşı yeni hücumun qarşısını almaq mexanizmlərini müzakirə etmək niyyətindədir.
Bununla belə, ekspertlər Moskvanın tələblərini yumşaltmağa hazır olduğunu nümayiş etdirməməsi səbəbindən danışıqlarda ciddi irəliləyiş gözləmirlər.
Bizim.Media