Əbu Dabidəki danışıqların detalları AÇIQLANDI

10.11.2026

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkə.az xəbər verir ki, nümayəndə heyətinə Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edir.

Qrupun tərkibində Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Əməliyyat məlumatları və beynəlxalq əlaqələr xidmətinin rəisi Aleksey Komkov, xarici işlər nazirinin müavinləri Mixail Qaluzin və Sergey Ryabkov, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov yer alıblar. Ekspert qismində danışıqlar qrupuna Baş Qərargahın Baş Əməliyyat İdarəsi rəisinin müavini Yuri Jiqarlovski, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının İnformasiya idarəsi rəisinin birinci müavini Aleksandr Zorin, Rusiya FTX-nin xidmət rəhbərinin birinci müavini - Əks-kəşfiyyat əməliyyatları departamentinin rəhbəri Dmitri Minayev, RF Prezidentinin Humanitar sahədə dövlət siyasəti idarəsi rəisinin müavini Yelena Podobreyevskaya, Rusiya XİN-in MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişuk və Rusiya XİN-in Silahların yayılmaması və nəzarət departamentinin direktoru Oleq Postnikov daxil ediliblər.

Qeyd edək, ki Əbu-Dabidə Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar noyabrın 10-da yerli vaxtla saat 11:50-də (Bakı vaxtı ilə eynidir - red.) başlayacaq. Görüşdə Rusiya, ABŞ və Ukraynadan olan nümayəndə heyətləri iştirak edirlər.

Məlumata görə, danışıqlarda Ukrayna münaqişəsindən sonrakı dövr üçün yeni kontinental təhlükəsizlik sistemi müzakirə mövzusu olacaq. Tərəflər təhdidlərin qarşısının alınması mexanizmlərinin işlənib hazırlanmasına və regional sabitliyin möhkəmləndirilməsinə diqqət yetirəcəklər. Bildirilir ki, Ukrayna böhranının nizamlanması son dərəcə vacib məsələ olsa da, bu, genişmiqyaslı müzakirələrin yalnız bir bəndini təşkil edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью