Icma.az bildirir, Axar.az portalına istinadən.
Əbu-Dabidəki görüşün gedişatından asılı olaraq, Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxlanılacaq.
Axar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Rusiya nümayəndə heyəti Putinlə onlayn əlaqə saxlamaq və ya görüşün nəticələri barədə Moskvaya qayıtdıqdan sonra məruzə etmək qərarına gələcək”, - o bildirib.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar artıq başlayıb.