ƏbuDabidə itkin düşən ravvin Tsvi Koqanın meyiti aşkarlanıb

24.11.2024

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cümə axşamı Əbu-Dabidə itkin düşən ravvin Tsvi Koqanın meyiti aşkarlanıb.

Bu barədə bu gün İsrail Baş nazirinin dəftərxanası və Xarici İşlər Nazirliyi məlumat yayıb.

İsrail və Moldova vətəndaşı olan Tsvi Koqanın ölümü terror aktı kimi qiymətləndirilib, İsrail kəşfiyyatı və Birləşmiş Ərəb Əmirliklərinin müvafiq strukturlarının araşdırmaya başladığı bildirilib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью