Əbülfəs Qarayev 69 yaşını Londonda qeyd etdi

17.11.2025

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 13-də sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin 69 yaşını Bakıda dəbdəbəli ad günü məclisi ilə qeyd etməsi barədə məlumatlar yayılıb.

Manset.az yayılan xəbərlə bağlı Əbülfəs Qarayevlə əlaqə saxlayıb. Keçmiş nazir iddiaları təkzib edərək hazırda ölkə xaricində olduğunu bildirib:

“Mən hazırda Azərbaycanda deyiləm. Bir həftədir Londondayam. Burada mühazirəm olacaq, ona görə də İngiltərəyə gəlmişəm. Burada indi saat 6-dır, indi yuxudan oyanmışam.”

Qeyd edək ki, Əbülfəs Qarayev 2006–2020-ci illərdə Mədəniyyət Naziri vəzifəsində çalışıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью