Əbülfəs Qarayev Azərbaycanı tərk etdi KONKRET

17.11.2025

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Noyabrın 13-də sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin 69 yaşını Bakıda dəbdəbəli ad günü məclisi ilə qeyd etməsi barədə məlumatlar yayılıb.

KONKRET.az xəbər verir ki, mansetaz yayılan xəbərlə bağlı Əbülfəs Qarayevlə əlaqə saxlayıb. Keçmiş nazir iddiaları təkzib edərək hazırda ölkə xaricində olduğunu bildirib:

“Mən hazırda Azərbaycanda deyiləm. Bir həftədir Londondayam. Burada mühazirəm olacaq, ona görə də İngiltərəyə gəlmişəm. Burada indi saat 6-dır, indi yuxudan oyanmışam.”

Qeyd edək ki, Əbülfəs Qarayev 2006–2020-ci illərdə Mədəniyyət Naziri vəzifəsində çalışıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью