Əbülfəs Qarayev ölkədən qaçıb deyənlərə cavab verdi VİDEO

12.11.2024

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Mən heç yerə qaçmamışam. Ölkədən niyə  qaçmalıyam ki?!”

Globalinfo.az xəbər verir ki, bunu Bakıvaxtı.az-a sabiq mədəniyyət naziri Əbülfəs Qarayev ABŞ-də yayılan görüntüyə və ölkədən qaçması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən deyib.Sabiq nazir elmi işlərlə məşğul olduğunu bildirib: “Həmin yayılan videoya isə elmi konfransa gedərkən təsadüfən düşmüşəm. Hazırda İngiltərədə mühazirə oxumaq üçün dəvət almışam və ora hazırlaşıram”.

Ə.Qarayev Azərbaycan Turizm və Menecement Universitetində dosent çalışdığını vurğulayıb.

“Eyni zamanda İngiltərənin Koventri Universitetin fəxri doktoru , visiting professoruyam”,- deyə Əbülfəz Qarayev əlavə edib.

Qeyd edək ki, qazaxıstanlı bloger Madina Su Nyu-Yorkun məşhur 5-ci prospektində (New York, Avenue 5) doğum günü videosunu çəkərkən, təsadüfən həmin anda küçədən keçən  Əbülfəs Qarayev də videoya düşüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью