Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Vaxtilə onun ailəsinin Xorvatiyadakı «Amfiteatr» otelinə sahib olması barədə yazanda sabiq nazir Əbülfəs Qarayev otelin ailəsinə məxsus olduğunu təkzib etməmişdi. İndi isə təqdim etdiyim rəsmi qeydiyyat, bələdiyyə və maliyyə sənədləri ilə otelin sahibi olan “L.K. d.o.o.” şirkətinin Əbülfəs Qarayevin həyat yoldaşı Lalə Kazımovaya məxsus olduğunu bir daha ortaya qoyuram”.
KONKRET.az xəbər verir ki, bunu xaricdə yaşayan jurnalist Cavanşir Həsənli yazıb.
O, bildirib ki, şirkətin 2025-ci ili əhatə edən maliyyə hesabatı 30 aprel 2026-cı ildə Lalə Kazımova tərəfindən təsdiqlənib. Sənədin birinci səhifəsinin ikinci bölməsində şirkətin əsas gəlir mənbəyi açıq şəkildə «Najma» — icarə kimi göstərilir. Söhbət Xorvatiyanın Pula şəhərində yerləşən «Amfiteatr» otelindən gedir.
“Maliyyə hesabatının 5-ci və 6-cı səhifələrində şirkətin daşınmaz əmlakı və avadanlıqları barədə məlumatlar yer alıb. Binaların ilkin uçot dəyəri 3.658.530,72 avro təşkil edir. Buraya 208.024,96 avro dəyərində avadanlıqları da əlavə etdikdə əsas vəsaitlərin ümumi ilkin uçot dəyəri 3.866.555,68 avroya çatır.
Amma məsələnin maraqlı tərəfi budur ki, şirkətin 2025-ci ilin sonuna təxminən 5,4 milyon avroluq borc öhdəliyi mövcuddur. Bunun 5.263.577,99 avrosunu alınmış borclar, depozitlər və digər oxşar maliyyə öhdəlikləri təşkil edir. Üstəlik, şirkətin banklar qarşısında kredit borcu göstərilmir.\\musavat.com