Icma.az, Adelet.az portalına istinadən məlumat yayır. (Qardaşım Sabirlə cümə axşamı dərdləşməsi...)Gəldim, qarşıma çıxmadın İlk dəfə etdin s
Öpüb , əlimi sıxmadın - Səbəbin bilmirəm hələ...Yay günü şaxta hiss etdim Dondu damarda qanım da...
Həyətində hara getdim - Səni görmədim yanımda!Yad gəldi mənə ev, eşik Hətta işığı, odu da...
Ürəyim boş qalmış beşik - Qaçıb ağzımın dadı da!..Küləkmi silib, süpürüb Yağışmı yuyub izini?
Fani dünyaya tüpürüb - Səssiz qatladın dizini...Gözlərim yuyur şəklini, Dilim danışdıra bilmir...
Sənin belə köç etməni - Ağlım, anışdıra bilmir!...Gəlmişəm, kimə nə deyim Hamının başı aşağı...
Məndən keçib, niyə aldın- Allahım, sən bu uşağı ?! Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.