Əbülfət Mədətoğlu: Allah

30.04.2026

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çəkdirdiyin  bəsdi  mənə -  
Bol,  əlinə    qurban  olum         
 Nə  doğradın, kəsdi  mənə  -           
Bal,  əlinə  qurban  olum!

Güldürürsən, gülürsənsə   
Hər hayıma gəlirsənsə          
Nəyi  artıq  bilirsənsə  -                  
 Al, əlinə  qurban  olum!

Yaranışdan  şəriksizsən             
Yaradırsan  şəriksiz, sən!                   
Uzaq   tutan  şəriklikdən -               
Qal, əlinə  qurban olum!
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью