Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bəlli olduğu kimi ədəbiyyatımızın şah mövzularından biri də Arazdı.
Zaman-zaman, yəni Gülüstan sülh müqaviləsindən bu günə qədər paralanmış Azərbaycanım nisgilini, həsrətini, hətta qədərə nifrətini də Arazla bağlayıb, Araza ünvanlayıb, onu günahkar bilib.
Arazın bir xəncər kimi vətəni yarı bölməsini, yaşadığımız Güney-Quzey ağrısının əsas səbəbkarı sayıbdı… Bax, bu mənada şairlərimiz, yazıçılarımız, ozanlarımız həmişə üzünü Araza tutub sözünü deyib, göz yaşını ona qatıb axıdıbdı.
Hətta yazıblar ki:İki bölünməkdən elə qorxmuşam,Çöpü də ikiyə bölə bilmirəm.Unudulmaz şairimiz Şahmar Əkbərzadəyə məxsus olan bu şah misralar Arazın necə bir ağrılı nöqtəmiz olduğunu birbaşa ifadə edir.
Bu mövzuda xalq şairimiz Söhrab Tahirin, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Süleyman Rüstəmin və daha saysız-hesabsız söz sahiblərimizin bir-birindən qiymətli, yaddaqalan, düşündürən və nisgilə son qoymaq çağırışı ifadə edən şeirləri, poemaları, nəsr nümunələri var.Bu gün masamın üzərində olan kitabın müəllifi Dəmir Çeşməlidi.
Oxucularımız bu imzanı da, bu müəllifi də yaxşı tanıyır. Son vaxtlar bir az seyrək görüşsək də, Dəmir Çeşməli yenə qələminin, sözünün yanınd
İstər dövrü mətbuatda, istər sosial şəbəkələrdə tez-tez yeni şeirləri ilə qarşılaşıram.