Əbülfət Mədətoğlu: BEZİBDİ

06.10.2026

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

Öz -özümlə danışmaqdan  yoruldum -  
Hiss etdim ki, təkliyimdə  bezibdi.  
Öz-özümə  mən  o  qədər  vuruldim- 
Hiss  etdim ki, çəkdiyim də bezibdi!

Allah  mənə  yuxarıdan  baxır da  
Ürəyimdə  ümid  sönür, çaxır  da! 
Durna  dedim, Turac  dedim, axırda -  
Hiss etdim ki, Kəkliyim də  bezibdi!

Mən dişimi  ha    sıxsam da dişimə  
Bu  tərpəniş  yaramadı  işimə! 
Şübhəm  artır  ömrümün   finişinə - 
Hiss edirəm şəkliyimdə bezibdi!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью