Əbülfət Mədətoğlu: Bir az yaşamağa ehtiyacım var

03.06.2025

Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kədər  bol, ağrı  bol, qəm  başdan aşır 
Bu  bolluq   dəm  verir, dəm , başdan  aşır!.. 
Varım ,varidatım  cəm, başdan aşır - 
Bir az... yaşamağa ehtiyacım var!

Dünənim, bu  günüm üst-üstə dağdı                         
Gül  açan, bar   verən, baxcadı, bağdı!..               
Canım   hərəkətdə  , üzüm də ağdı -         
Bir  az... yaşamağa ehtiyacım var!

Əməlim ortada, sözüm  yazıda     
Göstərdim ədanı, çəkdim  nazı da! 
Xərclədim həmişə  çoxu, azı da - 
Bir az ... yaşamağa  ehtiyacım var!..

Yurd  salıb  bir gizli  fərəh  içimdə 
Fərəhə  sarılsın  gərək içim  də! 
Mən dua  edirəm , fərəh üçün də -        
Bir az yaşamağa ehtiyacım var!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью